Avropa İttifaqı və ÜST Azərbaycana tibbi yardım etdilər – FOTO

Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosu Azərbaycana tibbi yardım göndərib.
Bu barədə ÜST-ün Azərbaycan nümayəndiliyinin “Facebook” hesabında məlumat paylaşılıb.
Qeyd olunur ki, COVID-19-la mübarizədə Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrə dəstək layihəsi çərçivəsində Azərbaycana 10 000 şəffaf üz sipəri, 10 000 tibbi maska, 8 000 qoruyucu kombinezon, 140 000 respirator gətirilib.