1 saylı Kliniki Tibbi Mərkəz də koronavirus xəstələri üçün AYRILDI
1 saylı Kliniki Tibbi Mərkəz xəstə qəbulunu dayandırıb.
ENA.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında mərkəzin baş həkimi Ədalət Dadaşov deyib.
Baş həkim bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, mərkəz yalnız koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulub: "Artıq mərkəzdə olan bütün xəstələrin köçürülməsinə başlanıb. Xəstələrdən vəziyyəti yüngül olanlar ambulator müalicəyə buraxılıb, ağır xəstələr isə 1 saylı Respublika Klinik Xəstəxanası və Ə.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına köçürülür.
Bu gün xəstələrin köçürülməsi prosesi başa çatdırılacaq. Səhərdən mərkəz tam olaraq koronavirus xəstələri üçün ayrılacaq".