Sağlamlıq

Türkiyə koronavirusa qarşı dərman hazırladığını rəsmən açıqladı - VİDEO

“Biz koronavirusa qarşı yerli və tamamilə milli olaraq öz sintezimizlə inkişaf etdirdiyimiz çox vacib bir dərmanı hazırladıq”.

ENA.az haberler.com-a istinadən məlumat verir ki, bunu Türkiyənin Texnologiya və Sənaye naziri Mustafa Varank öz açıqlamasında deyib. O qeyd edib ki, dərmana yaxın vaxtlarda lisenziya verilməsi planlaşdırılır.

Nazir bundan başqa bildirib ki, "Favicovir" adlı dərmanın lisenziyalaşdırma mərhələsinə gəlməsi çox xoş və qürurvericidir: "Dərmanın bu mərhələdən sonra müalicədə istifadəsi və ixracatı da planlaşdırılır”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)