Sosial iqtisadiyyat

Milli Məclis Aparatı və İşlər İdarəsinin 80-dən çox əməkdaşı işdən çıxarıldı

Milli Məclis Aparatı və İşlər İdarəsinin 80-dən çox əməkdaşı işdən çıxarıldı

 

“Milli Məclisdə struktur islahatları davam etdirilir”.

ENA.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi müdirinin müavini Mehman Qaibov deyib.

O bildirib ki, struktur islahatları çərçivəsində Milli Məclis Aparatının 40-dan çox əməkdaşı işdən çıxarılıb:

“Bir o qədər əməkdaş da İşlər İdarəsində tutduğu vəzifədən azad edilib”.

M.Qaibov deyib ki, bəzi ştatlar ləğv olunub, bəzi şəxslərin isə vəzifələri dəyişdirilib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)