Sosial iqtisadiyyat

Cərimələrin 5 faizi polislərlə bağlı xüsusi fonda əlavə ediləcək

Cərimələrin 5 faizi polislərin sosial müdafiəsi üçün yaradılan xüsusi fonda əlavə ediləcək.

Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Polis haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb. 

Layihəyə əsasən, yol verilən qanun pozuntuları ilə əlaqədar polis əməkdaşlarının tətbiq etdiyi cərimələrin 5 faizi onların sosial müdafiəsi üçün yaradılan xüsusi fonda əlavə olunacaq.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)