ABŞ Çin və ÜST-ə qarşı hərəkətə keçdi
ABŞ kəşfiyyatı Çin və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus epidemiyası ilə bağlı məlumatları gizlətməsi iddiası ilə istintaqa başlamağa hazırlaşır.
Bu barədə “ABC News” məlumat yayıb.
Tramp administrasiyası kəşfiyyat orqanlarından epidemiyanın başlanğıc dövründə Çin və ÜST-ün virusla bağlı hər hansı məlumatı dünya ictimaiyyətindən gizlədib-gizlətmədiyini yoxlamasını istəyib. İstintaq çərçivəsində kəşfiyyat orqanları izlədikləri bir sıra danışıqları və digər məlumatları nəzərdən keçirəcəklər.