Valyuta hərracı keçirildi - NƏTİCƏ
28 aprel 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
ENA.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 57,9 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.
Xatırladaq ki, 23 aprel 2020-ci il tarixində keçirilmiş növbəti valyuta hərracında tələb 59,1 milyon ABŞ dolları təşkil etmişdi.