Rusiya yoluxanların sayına görə Çini ötdü
Rusiyada son bir gündə 6 198 nəfərə koronavirus diaqnozu qoyulub.
ENA.az xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Bununla da Rusiyada yoluxanların sayı 87 147 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə 50 artaraq 794-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 5 568 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 871.