Milli Məclisin iclasının gündəliyi dəyişib
![](https://ena.az/uploads/news/2020-04/_ena_fe0cf4286ff62fcb480887563_o.jpg)
Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyi dəyişib.
ENA.az xəbər verir ki, bunu parlamentin spiker Sahibə Qafarova iclasda deyib.
S.Qafarova qeyd edib ki, iclasın gündəliyindən 9-cu məsələ (Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında) çıxarılıb və iclasın gündəliyində 27 məsələ qalıb.