Türkiyəli həkim koronavirusun dərmanını tapdığını AÇIQLADI
Türkiyəli həkim, Prof.Dr. Ercüment Ovalı koronavirusun müalicəsində istifadə oluna biləcək dərman hazırlayıb.
ENA.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb.
“Bir aydır laboratoriyada üzərində çalışdığımız bir dərmanın adını aprelin 23-də açıqlayacaqdıq. Lakin o qədər təsirlidir ki, insanların həyatını xilas edə bilər. İnsanların həyatından daha bir gün oğurlamaq istəmədik. Təcili olaraq “Dornaza alfa” xəstələrin müalicəsi üçün testdən keçirilməlidir”, - deyə həkim bildirib.
Qeyd edək ki, Türkiyədə 74,193 nəfər COVİD-19-a yoluxub, onlardan 1,643-ü vəfat edib.