Sağlamlıq

ABŞ ÜST-nin maliyyələşdirilməsini dayandırır

ABŞ Ümumdünya Səhiyyə Təşkilatına maliyyə yardımını dayandırır.

ENA.az  "RİA Novosti" yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ prezidenti Donald Tramp məlumat verib.

"Koronavirus böhranın pis idarə edilməsində və onun yayılmasının gizlədilməsində ÜST-ün roluna dair araşdırma aparılması üçün təşkilata maliyyə yardımın dayandırılması barədə göstəriş verdim", - deyə D.Tramp bildirib.

Onun sözlərinə görə, ÜST koronavirusla bağlı məlumatları vaxtında verməyib və həqiqəti dünya ictimaiyyətinin diqqətinə çatdırmayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)