Xaricdə çalışan 19 azərbaycanlı həkim bu gün könüllü olaraq Azərbaycana gəlir
Dünyanın müxtəlif ölkələrində həkim kimi çalışan azərbaycanlılar Azərbaycana gəlmək üçün müvafiq instansiyalara müraciətlər edirlər.
Avropa, MDB ölkələri və Türkiyədəki azərbaycanlı həkimlər bu mövzud xüsusilə fəaldılar.
ENA.az Türkiyədəki Azərbaycanlı Həkimler Dərnəyinə istinadən xəbər verir ki, elə bu çərçivədə koronavirusla mübarizə üçün nəzərdə tutlmuş 19 nəfərdən ibarət həkim heyəti bu gün Türkiyədən Azərbaycana gəlir.
Ümumdünya Səhiyyə Təşkilatının (WHO) Azərbaycan ofisi, Ege Univeristeti Xəstəxanası və Azərbaycanlı Həkimler Dərnəyinin birgə həyata keçirdiyi bu layihədə əsas məqsəd Türkiyədə fəaliyyət göstərən azərbaycanlı həkimlərin könüllü olaraq koronavirusa qarşı mübarizədə ölkəmizdəki tibb işçilərinə dəstək olmasıdır Lahiyədə iştirak etmək üçün Türkiyə üzrə 60-dan çox azərbaycanlı həkim müraciət edib. Seçim şurası tərəfindən ehtiyac duyulan ixtisaslar üzrə 19 azərbaycanlı həkim seçilib.
Daha sonra seçilən həkimlərə Ege Universiteti Xəstəxanasında pandemiya ilə bağlı 10 günlük xüsusi təlim keçirilib. Həkim komandası Türkiyədə test olunub, ancaq Bakıda bir daha koronavirus testindən keçəcəklər. Test nəticəsinə görə onların işə başlaması ilə bağlı qərar veriləcək.
P.S. Azərbaycanlı həkimlərin bu addımları çox qürurvericidir, yalnız və yalnız alqışa layiqdir. Onlarla fəxr edirik.