MALİYYƏ

Mikromaliyyə təşkilatlarından kredit alanların sayı - AÇIQLANIB

Azərbaycan Mikromaliyyə Konfransında Azərbaycan Mikromaliyyə Assosasiyasının İdarə Heyətinin sədri Süleyman Kələşov bildirib ki, bu il oktyabrın 1-nə qədər Azərbaycandakı mikromaliyyə təşkilatları - bank olmayan kredit təşkilatları və kredit ittifaqları 178 928-dən çox müştəriyə kredit verib.

Hazırda onların kredit portfeli 273 mln. ABŞ dolları məbləğindədir. "Mikromaliyyə təşkilatları ölkə iqtisadiyyatının inkişafında, yoxsulluğun azalmasında xüsusi rol oynayıb, sahibkarların ehtiyacın uyğun kredit məhsulları təklif edərək onlara dəstək olublar. Mikromaliyyə sektorunun dəstəklənməsində qeyri-neft sektorunun inkişafının da rolu böyükdür. Mikromaliyyə kiçik və orta sahibkarlıq üçün kapital mənbəyidir”, - deyə o, qeyd edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department