Azərbaycanda bankların dollar və avro satışı artıb
COP29 ilə əlaqədar ölkəmizə 72 min xarici qonağın gəlişi həm də valyuta dəyişməyə ehtiyacın artacağı ehtimalını yaradırdı. Ödəmələrin əsasən kartla olacağı məlum idi, yenə də müəyyən həcmdə manat kütləsinə ehtiyac yarana bilərdi.
ENA.az bank sektorundakı mənbələrə istinadən xəbər verir ki, banklara valyuta satışında artım yoxdur. Əksinə, dollar alışında bir canlanma hiss olunur.
"Gözlənilirdi ki, turistlər dollar sataraq xərclər üçün manat əldə edəcəklər, amma bu baş vermədi. Əksinə xarici valyuta alışında artım var. Xüsusən də əhali avro alır. Bu avronun ucuzlaşması ilə əlaqədardır və Avropa valyutasını da alan elə öz vətəndaşlarımızdır"-deyə bank srktorundakı mənbə bildirib.
Qeyd edək ki, COP29 tədbiri noyabrın 11-də start götürüb və noyabrın 22-də yekunlaşacaq.