Bitkoinin qiyməti 93,8 min dolları keçib

“Binance” platformasının məlumatlarına görə, Bitkoinin dəyəri 93,8 min dolları keçərək, bütün zamanların ən yüksək göstəricisinə çatıb.
Ən bahalı kriptovalyuta olan Bitkoinin qiyməti rekord həddə - 93,856 dollara çatıb.
Mütəxəssislərin fikrincə Bitkoinin yaxın günlərdə asanlıqla 100 min dollara çatacağı və daha da artacağı gözlənilir.