Nazir: Xərclərin səmərəli istifadəsinin təmin olunması hökuməti narahat edən məsələlərdən biridir

“Xərclərin səmərəli istifadəsinin təmin olunması hökuməti narahat edən məsələlərdən biridir”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, bu məsələdə məsuliyyət Maliyyə, həm də sahə nazirliklərinin üzərinə düşür: “Həm hökumət, həm də Hesablama Palatası vasitəsilə parlament nəzarəti təmin olunmalıdır”.