Putin nüvə savaşına yol açacaq doktorinanı imzaladı
Rusiya prezidenti Putin ölkəsinə, ballistik raketlərlə hücuma məruz qaldığı təqdirdə nüvə silahı ilə cavab verməyə icazə verən doktrinanı təsdiqləyib.
Putinin imzaladığı fərmana əsasən, Rusiyanın nüvə silahının istifadəsini tənzimləyən şərtlərə bəzi yeniliklər edilib.
Yeni doktrinada bir ölkə başqa bir nüvə silahına malik ölkənin dəstəyi ilə Rusiya ərazisinə ballistik raket hücumu edərsə, Rusiyaya nüvə cavabı vermək icazəsi verilir və pilotsuz uçuş aparatları və ya döyüş təyyarələri ilə edilən hücumlar da bu əhatəyə daxil edilir.
Rusiyaya “Alyans üzvünün hər hansı təcavüz edilərsə” bu nüvə reaksiyasına səbəb ola biləcək hadisə kimi müəyyən edilsə, sözügedən ölkənin bağlı olduğu bütün alyans üzvləri təcavüzün tərəfi kimi qəbul ediləcək.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev NATO-nun uzaqmənzilli silahlarından istifadə ediləcəyi təqdirdə Kiyevə və NATO elementlərinə hücum etmək hüququna malik olacaqlarını bəyan edərək,
"Bu, 3-cü Dünya Müharibəsi olacaq", - deyib.