Növbəti dövlət büdcəsinin gəlirlərinin 58%-i DVX və DGK xətti ilə daxil olacaq
2025-ci il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat nəzərdə tutulur ki, bu da UDM-in 29.7%-i həcmində olmaqla, 2024-cü ilin müvafiq proqnoz göstəricisi ilə müqayisədə 1 milyard 928 milyon manat və yaxud 5.35, 2023-cü ilin icra göstəriciləri ilə müqayisədə 3 milyard 79,6 milyon manat və yaxud 8.7% çoxdur.
Bu barədə “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib.
Məlumata görə, 2025-ci ildə dövlət büdcəsi gəlirlərinin 15 milyard 500 milyon manatı və ya 40.5%-i Dövlət Vergi Xidməti (DVX) xətti ilə daxilolmaların, 14 milyard 481 milyon manati və ya 37.8%-i Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) transfertin, 6 milyard 600 milyon manatı və ya 17.2%-i Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə daxilolmaların, 840 milyon manatı və ya 2,2%-i büdcə təşkilatların büdcədənkənar daxilolmaların, 895 milyon manatı və ya 2.3%-i isə digər gəlirlərin payına düşür.
Qeyd edilib ki, ARDNF-dən dövlət büdcəsinə proqnozlaşdırılan transfert çıxılmaqla, dövlət büdcəsinin gəlirləri 23 milyard 835 milyon manat nəzərdə tutulur ki, bu da 2024-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 228 milyon manat və ya 1 faiz, 2023-cu ilin icra göstəricisi ilə müqayisədə 335,2 milyon manat və ya 1,4 faiz çoxdur. ARDNF-nun dövlət büdcəsinə transfert 14 milyard 481 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 1 milyard 700 milyon manat və ya 13,3 faiz, 2023-cü ilin icra göstəriciləri ilə müqayisədə 2 milyard 743,4 milyon manat və ya 23.4 faiz çoxdur.
DGK üzrə daxilolmalar 6 milyard 600 milyon manat nəzərdə tutulur ki, bu da 2024-cü ilin proqnozu ilə müqayisədə 165 milyon manat və ya 2.6 faiz, 2023-cü ilin icrası ilə müqayisədə 262.2 milyon manat ya 4.1 faiz çoxdur.
DVX xətti ilə proqnozlaşdırılan daxilolmaların məbləği ÜDM 12% həcmində olmaqla 15 milyard 500 milyon manat nəzərdə tutulur ki, bu da cari proqnozundan 230 milyon manat və ya 1,5% çox, 2023-cü ilin icrası ilə müqayisada isə 626.7 milyon manat və ya 3,9% azdır.