Sosial iqtisadiyyat

Yeni medal təsis edilir

Azərbaycanda yeni medal təsis edilir.

ENA.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə, Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020) yubiley medalı təsis olunacaq.

Sənədə təklif edilən dəyişiklik müzakirələrdən sonra I oxunuşda qəbul edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)