Axtar

Azərbaycanda hotellər bağlanır? - AÇIQLAMA

Azərbaycan Hotel Assosiasiyası (AHA) koronavirusa görə yaranmış qlobal böhranla əlaqədar ölkədəki hotellərin bağlanması barədə yayılan məlumatlara münasibət bildirib.

Assosiasiyanın (AHA) Baş icraçı direktoru Günay Sağlam bildirib ki, əslində hotellər tam olaraq bağlanmırlar.

Onlar fəaliyyətlərini müvəqqəti olaraq dayandırırlar:

“Göstəricilər də hotellərdə dolma faizinin aşağı olduğunu göstərir. Yerlər dolmadığı halda, hotelləri açıq saxlamağın heç bir mənası yoxdur. Biz çağırış edirik ki, hoterllərdəki işçiləri işdən çıxarmasınlar, onları işdən müvəqqəti ayırsınlar. Çünki bizim yerli kadrlara çox böyük ehtiyacımız var. Bu kadrlar uzun müddət ərzində yetişdirilir”.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33