Bank

Dollar növbəsinə duranlar çox olsa da, əllərindəki pul "ehtiyatları yeyəcək" həcmdə deyil - SATIŞ CƏDVƏLİ

Mart ayının yarısını arxada qoyduq və ötən 15 gündə Azərbaycan banklarına  1 milyard 232 milyon 220 min dollar satılıb.

ENA.az xəbər verir ki, tələbin artmasına baxmayaraq, hərracın dinamikası və dolların məzənnəsində heç bir dəyişiklik baş verməyib. Ötən dövrdə manat dollardan başqa digər valyutalara nisbətdə qismən sərbəst üzə bilib.   

Hazırda bankların qarşısındakı növbələr qismən azalsa da, hələki davam edir. Bu da təbiidir, çünki ajiotajın ilk günlərində təlabat daha yüksək olur və sonrakı günlərdə ehtiyac ödəndiyindən səngiyir. Maraqlı nüans odur ki, 15 günə 1 milyarddan çox dollar alınıb, hələ də tələb yüksək olaraq qalır. Qarşıdakı yarım ayda da bu tendensiya davam edəcəkmi və əhalinin əlindəki manat ölkənin valyuta ehtiyatlarını nə qədər tükətməyə qadirdir?

ENA.az olaraq, ötən 15 gündə hərracda satılan valyuta üzrə cəsvəli təqdim edirik:

 

Tarix

Hərrac kursu

Satılan valyutanın həcmi

Hərracın dinamikası

Mərkəzi Bankın növbəti gün üçün məzənnəsi

03.03.2020

1.7000

152 940 000

0.0000

1.7000

05.03.2020

1.7000

115 100 000

0.0000

1.7000

10.03.2020

1.7000

323 180 000

0.0000

1.7000

11.03.2020

1.7000

155 000 000

0.0000

1.7000

12.03.2020

1.7000

220 800 000

0.0000

1.7000

13.03.2020

1.7000

265 200 000

0.0000

1.7000

Cəmi:

1.7000

1 232 220 000

0.0000

1.7000

 

Vəziyyətə bir qədər aydınlıq gətirmək üçün bank sektoru və iqtisadçılarla əlaqə saxladıq və valyutaya təlabatın kanallarını öyrənməyə çalışdıq. Məlum oldu ki, əhalinin aldığı valyutanın 96%-ini dollar təşkil edir.

Bankların qarşısında dollar almaq üçün növbəyə duranlar sayca çox olsa da, onların əlindəki vəsaitin həcmi elə böyük deyil. Çünki keçən devalvasiyadan sonra əhalinin sandıqda elə böyük həcmdə vəsaitləri yoxdur. 

Bank sektorundan daxil olan məlumatlar da bunu təsdiqlədi: gün ərzində olan satışın təhlillərini apardıq,  500 dollara qədər olan təlabat ümumi təlabatın cəmi 6%-ni təşkil edir. 36% isə 10 min dollardan yuxarı alanlardır. Hazırda “dollar yeyən” əsas vəsait depozit portfelləridir.

İqtisadçı Rövşən Ağayevin ENA.az-a bildirib ki, əhalinin sandıqaltı pul ehtiyatları güclü şəkildə “ehtiyatları yeyəcək” durumda deyil. Əsas biznesin qazancları iri həcmdədir, bu pullar ya kassalarında, ya nağd şəkildə və ya bank sektorunda saxlanılır.

“Bank sektorunda müddətsiz depozitlərin həcmi 6-7 milyard dollardır. Bu potensial olaraq dollara çevrilə bilər və müştəriləri bank qarşısında bu tələbi qaldırırlar. Ona görə də hökumət keçid dövrü üçün biznesə müəyyən valyuta limitləri tətbiq edə bilər. Məsələn, əgər şirkətin valyuta öhdəliyi varsa, təlabatın olduğu qədər hesablaşmanı edə bilər. Yəni, hüquqi şəxsin ehtiyacı nə qədərdisə, o qədər. Ötən il Rusiya hökuməti ixrac şirkətlərinə aldıqları dolları rubla çevirib saxlamağı tələb edirdi. Yəni, hökumət biznesi inandırmalıdır ki, bu keçid dövrüdür və devalvasiyaya getmələyəcək. Gərəksiz yerə panikaya qoşulub  gəlirlərini valyutaya çevirməsin”.  

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)