Qaydaları pozan marketlər cərimə olunacaq və ya bağlanacaq
Sabahdan Azərbaycanda tətbiq olunacaq ciddi rejimə nəzarət oıunmasına bir neçə dövlət qurumu tərəfindən həyata keçiriləcək.
ENA.az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovun sözlərinə görə, Dövlət Qida Təhlükəsizliyi Agentliyi, Bakı şəhər Ticarət Departamenti market və ticarət mərkəzlərini yoxlayacaq.
Qadağaları pozanlar cərimə olunacaq və ya bağlayacaq. "Qadağaları pozanlar barədə qaynar xəttə məlumat verməyi ictimaiyyətdən xahiş edirik", deyə İ.Məmmədov bildirib. O, nəzarət tədbirlərinə Daxili İşlər Nazirliyinin də qoşulduğunu vurğulayıb.