Azərbaycanda qadın narkotik istifadəçilərinin rəsmi sayı nə qədərdir?

Hazırda Azərbaycanda qeydiyyatda 1 042 narkotik asılılığı olan qadın var.
Səhiyyə Nazirliyi Narkoloji Mərkəzinin direktoru Fəzail Sadıqovun sözlərinə görə, bu il may ayının 1-nə olan məlumata əsasən, ölkədə ümumilikdə 41 min 231 narkotik asılılığı olan şəxs qeydiyyatdadır:
"Narkotik vasitələrə qarşı psixoloji asılılıq ilkin mərhələdə, fiziki asılılıq isə adətən 2-3 həftəlik istifadədən sonra yaranır".