Sosial iqtisadiyyat

Bu rayonlarda 13 torpaq hərraca çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyulun 9-da növbəti dəfə torpaq hərracları keçirəcək.

Xidmətin məlumatına görə, hərraclar ƏMDX-nın Ağdaş, Yevlax, Ucar, Göyçay, Tərtər, Ağstafa, Ağcabədi və Biləsuvar ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 13 torpaq sahəsi çıxarılacaq.

Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)