TURİZM

Dubayın otel brendi Azərbaycana gəlir

Birləşmiş Ərəb Əmirliklərinin 23 yaşlı otelçilik brendi “Albustan Hospitality” Azərbaycanda yeni otel açır.

ENA.az bildirir ki, bununla bağlı artıq Azərbaycanda 5000 manat kapitalı həcmində şirkət – “Albustan Hospitality” MMC təsis edilib.

Bu şirkət 1997-ci ildə Dubay şəhərində yaradılıb.

Törəmə olacaq bu şirkət Bakıda Yeni Həyat Yaşayış Kompleksində, yəni, Xətai rayonu, Bobel pr. ev.15 ünvanında dövlət qeydiyyatına alınıb.

Yeni yaradılan bu şirkətə qanuni təmsilçiliyi Kolumbiya Respublikası vətəndaşı olan, Nassereddine Jaber Wassim adlı şəxs edəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)