Sağlamlıq

Çində koronavirusa yoluxanların və ölənlərin sayı azalır

Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 80 600, bu virus səbəbindən ölənlər isə 3 070 nəfərə çatıb.

ENA.az Çin Dövlət Səhiyyə Komitəsinə istinadla xəbər verir ki, ötən sutka ərzində 99 yoluxma, 28 ölüm faktı qeydə alınıb.

1 678 nəfər sağalaraq xəstəxananı tərk edib. Ümumilikdə isə 55 400 nəfər sağalıb. 

Eyni zamanda, Çinin 31 bölgəsinin əksəriyyətində bir neçə gündür yeni yoluxma halları qeydə alınmayıb. 

Yenilənmiş məlumatlara görə, Çində koronavirusdan rəsmi ölüm nisbəti 3,77 faizdən 3,8 faizə düşüb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)