Sağlamlıq

Baş nazirdən dərmanlarla bağlı yeni - Qərar

Nazirlər Kabineti 25 sentyabr 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin humanitar məqsədlər üçün idxalı Qaydası”nda dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni Qərar imzalayıb.

Qərara əsasən, bundan sonra humanitar məqsədlər üçün Azərbaycan ərazisinə gətirilən dərman vasitələri gömrük məntəqələrində rəsmiləşdirilərkən, həmin dərman vasitələrini gətirən ərizəçilər Nazirlər Kabinetinin razılığını gömrük orqanlarına təqdim etməlidirlər.

İndiyədək isə bunun üçün Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının razılığı tələb olunurdu.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)