Sağlamlıq

Çində koronavirusdan ölənlərin sayı artır

Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 80 min 565, bu virus səbəbindən ölənlər isə 3 min 15 nəfərə çatıb.

Çin Dövlət Səhiyyə Komitəsinin məlumatına görə, ötən sutka ərzində 139 yoluxma, 31 ölüm faktı qeydə alınıb.

İndiyədək 52 min 109 nəfər sağalaraq xəstəxananı tərk edib. Ölkə üzrə 5 min 952 xəstənin vəziyyəti kritikdir. Virusa yoluxanlarla yaxın təmasda olmuş 32 min 870 nəfər tibbi nəzarət altındadır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department