Milli Depozit Mərkəzinin rəhbərliyində dəyişikliklər olub
Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasında (MŞ) dəyişikliklər olub.
“ENA” xəbər verir ki, Şuraya sədrlik edən Samir Əbülfət oğlu İsmayılov sədr müavini təyin edilib.
Onun vəzifəsi isə Əli İsmayıl oğlu Əhmədova həvalə olunub.
Bundan başqa, MŞ-nın üzvü olan Aruz Məhəbbət oğlu Mikayılov MDM-in rəhbərliyindən kənarlaşdırılıb.