Sosial iqtisadiyyat

Şikayət olunan dairələr - TAM SİYAHI

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 4 dairənin nəticələri ləğv olunub.

Bunlar Hüseynbala Mirələmovun lider olduğu 33 saylı Xətai birinci seçki dairəsi, Rauf Arifoğlunun lider olduğu 35 saylı Xətai üçüncü seçki dairəsi, Hadı Rəcəblinin lider olduğu 74 saylı Lənkəran Kənd Seçki dairəsi və Çingiz Qənizadənin lider olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsidir.

Bundan başqa, iclasda bir sıra dairələrdən daxil olmuş müraciətlərə baxılması üçün aidiyyəti üzrə Dairə Seçki Komissiyalarına geri göndərilib.

Bu dairələrin liderlərinin əksəriyyəti 4,5,6-cı çağırış deputat seçilənlərdir:

10 saylı Binəqədi: Madər Musayev (partiyasız) 6 çağırışdır ki, deputatdır

11 saylı Qaradağ: Aydın Hüseynov (YAP) 5, 6-cı çağırışdır ki, deputatdır (2 dəfə)

14 saylı Xəzər seçki dairəsi Soltan Məmmədov ( bitərəf)

18 saylı Nərimanov-Nizami: Rasim Musabəyov (partiyasız) 4, 5, 6-cı çağırışdır ki, deputatdır (3 dəfə)

28 saylı Sabunçu: Eldar Quliyev (partiyasız) 2, 3, 4, 5, 6-cı çağırışdır ki, deputatdır (5 dəfə)

42 saylı Sumqayıt: Tahir Mirkişili (YAP) 5, 6-cı çağırışdır ki, deputatdır (2 dəfə)

45 saylı Abşeron: Oqtay Əsədov (YAP) 2, 3, 4, 5, 6-cı çağırışdır ki, deputatdır (5 dəfə)

57 saylı Kürdəmir seçki dairəsi Əminə Ağazadə (bitərəf)

60 saylı Salyan-Neftçala: Fəzail Ağamalı (AVP) 6 çağırışdır ki, deputatdır

67 saylı Cəlilabad şəhər: Malik Həsənov (YAP) 4, 5, 6-cı çağırışdır ki, deputatdır (3 dəfə)

72 saylı Yardımlı-Masallı: Musa Qasımlı (partiyasız) 4, 5, 6-cı çağırışdır ki, deputatdır (3 dəfə)

73 saylı Lənkəran şəhər: Rüfət Quliyev (partiyasız) 3, 4, 5, 6-cı çağırışdır ki, deputatdır (4 dəfə)

79 saylı İmişli seçki dairəsi Razi Nurullayev (bitərəf) - işsiz

81 saylı Beyləqan: Şahin İsmayılov (YAP) 5, 6-cı çağırışdır ki, deputatdır (2 dəfə)

91 saylı Ucar seçki dairəsi Ramil Həsən (YAP) - müvəqqəti işsiz

92 saylı Zərdab-Ucar seçki dairəsi: Əliyeva Jalə Fazil

95 saylı Tərtər: Sahib Alıyev (partiyasız) 4, 5, 6-cı çağırışdır ki, deputatdır (3 dəfə)

109 saylı Balakən: Nəsib Məhəməliyev (YAP) 5, 6-cı çağırışdır ki, deputatdır (2 dəfə)

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd: Elman Məmmədov (YAP) 2, 3, 4, 5, 6-cı çağırışdır ki, deputatdır (5 dəfə)

125 saylı Zəngilan-Qubadlı: İmamverdi İsmayılov (YAP) 6 çağırışdır ki, deputatdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)