Sağlamlıq

Çin hökuməti Hubeyə 12 minə yaxın həkim göndərilib

Çin hökuməti 11 921 həkimi yeni növ koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyinə qarşı mübarizə aparmaq üçün Hubey əyalətinə göndərilib. 

"ENA" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çin Milli Səhiyyə Komitəsinin rəsmi nümayəndəsi Mi Feng məlumat verib.

Xatırladaq ki, 2019-cu il dekabrın 12-də Çinin Uhan şəhərində kütləvi şəkildə yayılan epidemiya nəticəsində ölkədə 813 nəfər ölüb, 37 198 nəfər isə virusa yoluxub. Onlardan 6 188 nəfərinin vəziyyəti ağırdır. Bundan başqa, 28 942 nəfərin koronavirusa yoluxmaqda şübhəli sayılır, daha 188 183 insan isə müşahidə altındadır. Eyni zamanda 2 656 yeni yoluxma faktı qeydə alınıb. Bu səbəbdən bir çox ölkə Çindən və epidemiyanın yayıldığı vilayətdən vətəndaşlarını təxliyə edib.

Ümumiyyətlə, virus Çin də daxil olmaqla 28 ölkədə aşkarlanıb. Artıq Çin Milli Səhiyyə Komitəsi isə kod adı 2019nCoV virusu olan "Yeni koronavirus pnevmaniyası" (NCP) adlandırıb. ÜST isə epidemiyanın yayılması ilə əlaqədar beynəlxalq səviyyəli fövqəladə vəziyyət elan edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)