Azərbaycanda pul bazasının məbləği açıqlandı
2020-ci ilin fevralın 1-nə Azərbaycanda pul bazası 11 543,4 milyon manat təşkil edib ki, bu da yanvarın 1-i ilə müqayisədə 5% azalma deməkdir.
ENA.az bu barədə AMB-yə istinadən xəbər verir.
İllik müqayisədə isə ölkədə pul bazası 32,55% artıb.