MALİYYƏ

İki ayda vergi daxilolmaları 3 milyard manatı keçib

Bu ilin yanvar-fevral aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 3 milyard 122,9 milyon manat vergi daxil olub.

Bu barədə qurumdan məlumat verilir.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % azdır.

2 aylıq daxilolmaların 2 milyard 114,1 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb ki, bu da 1 il əvvələ nisbətən 10,7 % çoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)