Gündəm

Dünyanın ən böyük qızıl ehtiyatlarına malik 10 ÖLKƏ

Artıq üçüncü ildir ki, dünyanın mərkəzi bankları ehtiyatlarını artırmaq üçün 1000 tondan çox qızıl alırlar. Qiymətli metalların xalis alışında liderlər inkişaf etməkdə olan ölkələrin mərkəzi bankları olaraq qalır. Bu barədə  Ümumdünya Qızıl Şurasının (WGS) məlumatlarında bildirilir.

Ən böyük qızıl ehtiyatına malik ölkələrin siyahısında lider mövqeyi qızıl ehtiyatı 8133,46 ton təşkil edən ABŞ, kinci yeri Almaniya (3351,53) tutur. Sonrakı yerdə təxminən bərabər ehtiyatlara malik dörd ölkə gəlir: İtaliya (2451,84), Fransa (2437), Rusiya (2335,9) və Çin (2279,56). İsveçrə, Hindistan, Yaponiya və Hollandiya da ilk 10-luğa daxil olub.

Ekspertlərin proqnozlarına görə, 2025-ci ildə qlobal mərkəzi bankların qızıla olan iştahı qalacaq və alışın həcmi 900 tona çatacaq. WGS-in araşdırmasına görə, qızıla olan güclü tələb, xüsusilə də artan geosiyasi risklər fonunda qiymətli metalın rəsmi ehtiyatlardakı strateji əhəmiyyətini nümayiş etdirir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)