Bakıda yeni park salınır

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tender elan verib.
Tenderdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Bəy Ağaoğlu, Təbriz və Tələt Şıxəliyev küçələrinin əhatəsində salınacaq yeni parkın layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması nəzərdə tutulur.
Ehtimal olunan qiymət isə 198 600 manatdır.