Neft Fondu gəlirlərinin 71 faizini xərcləyib

Azərbaycan Neft Fondu 2024-cü ilin sonuna qədər 207,3 milyard dollar ümumi gəlir əldə edib.
ENA.az xəbər verir ki, bu vəsaitin 147,3 milyard dolları xərclənib. Yəni toplam gəlirlərin 71 faizi istifadə edilib.
Eyni zamanda xərclərin 90 faizi büdcəyə köçürülən vəsaitlərdir və Fond bu xərcləri stabilləşdirmə funksiyası adı altında icra edib.
Qeyd edək ki, bugün Dövlət Neft Fonfunda Media ilə Dialoq keçirilir və bu göstəriciləri Fondun Risklər üzrə Departamentinin rəhbəri Vadim Pşeniçnıy deyib.