Sənaye

Azərbaycanın ən böyük elektrik stansiyası istismara veriləcək

Mingəçevir şəhərindəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində inşa edilən 1 280 meqavatlıq yeni elektrik stansiyasında işlər yekunlaşdırılır.

Bu barədə “AzərEnerji” ASC-dən məlumat verilib.

Bildirilib ki, son illərdə ölkədə icra edilən ən nəhəng layihələrdən biri olan və 2023-cü ilin fevral ayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan stansiyada işlər qrafikə uyğun olaraq, 2025-ci ilin sonuna kimi istismara verilməsi planlaşdırılsa da artıq proses qrafikdən əvvəl başa çatmaqdadır.

Hazırda yeni elektrik stansiyasının 4 ədəd turbin və generatorlarından 3 dəsti test edilərək qoşulub və bir dəstinin isə yaxın vaxtlarda işəburaxılması həyata keçiriləcək.

Qeyd edək ki, yeni tikilən elektrik stansiyası qoyuluş gücünə görə müstəqillik dövründə tikilən ən böyük elektrik stansiyası olmaqla yanaşı, ölkədəki digər istilik elektrik stansiyaları arasında hər kilovat saat üçün ən az qaz yandıran elektrik stansiyası olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)