MALİYYƏ

Azərbaycan 250 milyon dollar borc aldı

Azərbaycan və Asiya İnkişaf Bankı (AİB) dövlət sektorunda effektivliyin artırılması üçün 250 milyon dollar məbləğində ikinci kreditə dair saziş imzalayıb. Bu barədə bankdan məlumat verilib.

“Kredit sazişi dekabrın 16-da maliyyə naziri Samir Şərifov və AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov tərəfindən imzalanıb”, - deyə məlumatda bildirilir.

Kredit vəsaitlərinin Azərbaycan hökumətinin hesabına 2019-cu ilin sonunadək köçürüləcəyi gözlənilir.

Kredit 3 ili güzəştli olmaqla 15 il müddətinə və LIBOR+0,5% dərəcəsi ilə ayrılıb.

Xəbər verildiyi kimi, 2019-cu il noyabrın 28-də AİB-in Direktorlar Şurası “Dövlət sektorunda effektivliyin artırılması və idarə edilməsi Altproqramı II” (Improving Governance and Public Sector Efficiency Program, Subprogram 2) üçün Azərbaycana 250 milyon dollar məbləğində ikinci kreditin ayrılmasını təsdiq edib.

Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank respublikaya  5,1 milyard dollar məbləğində kredit və qrant ayırıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)