Azərbaycanlılar daha bir ölkəyə vizasız gedəcəklər
![](https://ena.az/uploads/news/2019-12/_ena_801c079ec9c6749094fe9a83f_o.jpg)
Prezident İlham Əliyev "2 oktyabr 2009-cu il tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanunu imzalayıb.
ENA.az xəbər verir ki, sənədə əsasən, "2 oktyabr 2009-cu il tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə dəyişikliklər edilməsi barədə” 2019-cu il oktyabrın 14-də Bakı şəhərində imzalanmış Protokol təsdiqlənib.