Azərbaycan xaricə yardımlar üçün 22 milyon manat ayırdı
![](https://ena.az/uploads/news/2019-12/_ena_f09cefc079b0c7004f2f93795_o.jpg)
Azərbaycanın 2020-ci il dövlət büdcəsi xərclərində xarici yardımlar üçün 22 milyon manat vəsait nəzərdə tutulub.
Bu barədə gələn ilin dövlət büdcəsinin göstəricilərindən məlum olur.
"Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" Qanunun tətbiqi ilə bağlı bır sıra məsələlər barədə Azərbaycan Prezidentinin Fərmanında Nazirlər Kabinetinə bu vəsaitin xərc istiqamətləri üzrə bölgüsünü həyata keçirmək tapşırılıb.