MALİYYƏ

“Bakı Metropoliteni”nə dövlətdən yardım azaldılır

2020-ci ildə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətini dövlət büdcəsindən ayrılan subsidiyanın həcmi 40 mln. manat təşkil edəcək.

ENA.az bu barədə bu gün Prezident İlham Əliyevin təsdiqlədiyi 2020-ci il üzrə dövlət büdcəsindəki rəqəmlərə istinad edir.

2019-cu ildə dövlət büdcəsindən Bakı Metropoliteni-nə 45 mln. manat subsidiya ayrılmışdı.

2018-ci il üzrə hesabatın nəticələrinə görə, “Bakı Metropoliteni” QSC 54,871 milyon manat zərərlə başa vurub. Bu rəqəm isə öncəki illə müqayisədə 11,75% azdır. Ümumilikdə isə qurumun yığılmış zərəri 14,8% artaraq 426,610 milyon manat təşkil edib. 2019-cu il üzrə rəqəmləri isə gələn ilin ilk yarımilliyində görə biləcəyik.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)