Aqrar

Azərbaycanda dövlət şirkəti iş adamlarına pulsuz franşiza təklif edir– İLK DƏFƏ

Kənd Təsərrüfatı Nazirliyinin «Aqrar Tədarük və Təchizat» şirkəti iş adamlarına «Kənddən Şəhərə» mağazalarının franşizasını təklif edir.

Bu barədə şirkətin rəhbəri Leyla Məmmədova bildirib. Onun sözlərinə görə, hazırda Bakı şəhərində bu adda iki mağaza var – bunlardan biri «28 May» metrosu ətrafında, digəri Əhmədlidə yerləşir: «Belə bir franşiza üçün imkanlar var, biz bu əməkdaşlığa açığıq və marağı olanlara bütün xidmətləri təmənnasız şəkildə göstərməyə hazırıq, təki onların bu sahəyə marağı olsun» - deyə Leyla Məmmədova bildirib.

Qeyd edək ki, hansısa iş adamı «Kənddən Şəhərə» mağazası açmaq istəsə Aqrar Tədarük və Təchizat şirkətilə əlavə saxlaya bilərlər. Leyla Məmmədova bildirir ki, artıq bəzi iş adamları bu məsələyə maraq göstərirlər və onlarla danışıqlar aparılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)