Azərbaycanda nazirlərin yüksək vəzifədə işləyən qardaşlarının - SİYAHISI
Mətbuatda nazirlərin yüksək vəzifə tutan qohumları barədə mütəmadi olaraq məlumatlar yayılır.
Yüksək vəzifələrdə çalışan qohumlar arasında bəzən nazirlərin qardaşlarına da rast gəlmək olur.
Qardaşı yüksək vəzifədə işləyən nazirlərdən biri Kənd Təsərrüfatı naziri İnam Kərimovdur. İnam Kərimovdan 2 yaş balaca olan Mətin Kərimli 1979-cu ildə andan olub.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiə nazirinin müavinidir. Qardaşı İnam Kərimov kimi Mətin Kərimli də ABŞ-da təhsil alıb. Mətin Kərimli məşhur Harvard Universitetində magistr təhsil alıb. İngilis, fransız, rus və ispan dillərini bilən Mətin Kərimli nazir müavini olmazdan əvvəl Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəisi vəzifəsində işləyib.
Qardaşı yüksək vəzifədə işləyən nazirlərdən biri də Təhsil naziri Ceyhun Bayramovdur. Təhsil nazirinin özündən 3 yaş böyük olan qardaşı Azər Bayramov hazırda Maliyyə nazirinin müavini vəzifəsini icra edir.
İnam Kərimovun qardaşı kimi Ceyhun Bayramovun da qardaşı əvvəllər Vergilər Nazirliyində yüksək vəzifədə çalışıb. Azər Bayramov 1997 -1999-cu illərdə “İri vergi ödəyiciləri ilə iş üzrə” idarənin rəisi olub. Daha sonra – 2000-2004-ci illərdə isə Maliyyə Nazirliyinin Vergi Siyasəti və Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.
Qardaşı yüksək vəzifədə işləyən nazirlərdən biri isə Gənclər və idman naziri Azad Rəhimovun qardaşı Murad Rəhimovdur. Murad Rəhimovun rəsmi tərcümeyi-halı açıqlanmasa da, nazir qardaşının Prezidentin 12 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə Dövlət Reklam Agentliyinin Müşahidə Şurasına sədr təyin edildiyi bilinir. Onu da bildirək ki, Murad Arif oğlu Rəhimov eyni zamanda “Bakı Kristal Zal” MMC-nin qanuni təmsilçisidir.
©Yeniavaz