Sosial iqtisadiyyat

Gəncədə yüksək vəzifəyə - TƏYİNAT

“Gəncə Su-kanal” Törəmə Səhmdar Cəmiyyətinə yeni rəis təyin olunub. 

ENA.az xəbər verir ki, sözügedən vəzifəyə Şöhrəddin Verdiyev təyin edilib.

Ş.Verdiyev buna qədər həmin idarədə rəis müavini işləyib.

Qeyd edək ki, “Gəncə Su-kanal” Törəmə Səhmdar Cəmiyyətinin keçmiş rəisi Vaqif Xəlilov bir neçə ay bundan əvvəl işində yol verdiyi nöqsana görə bu vəzifədən azad edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)