Bank

Beynəlxalq Bankda 3 departament birinə birləşdirilib, direktor təyin olundu

Ölkənin ən böyük – dövlət bankı “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İnformasiya Texnologiyaları departamentinə yeni direktor təyinatı baş tutub.

ENA.az xəbər verir ki, bu barədə Banker.az-a Banka yaxın mənbə bildirir.

Məlumata əsasən adıçəkilən departamentə Samir Ağamalıyev təyin edilib, hansı ki, bundan öncə ABB-də Sistemlərinin idarə edilməsi departamentinin direktoru vəzifəsini daşıyırdı.

Məlumat üçün bildirək ki, əvvəl ABB-nin strukturunda informasiya texnologiyaları ilə bağı bankda 3 departament var idi.  Hazırda onlar birləşdirilib və departament kimi fəaliyyət göstərəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)