Azərbaycan bankları onlayn ödənişlə bağlı yeni üsul təklif edəcək
Azərbaycan bankları yaxın vaxtlarda öz mobil tətbiqlərinə “Masterpass” elektron pul kisələrini əlavə edəcəklər.
Bankların müştəriləri bu xidmətdən istifadə edərkən təhlükəsiz şəkildə öz kart məlumatlarını saxlaya və internet mağazalarda asanlıqla onlayn ödənişlər həyata keçirə biləcəklər.
“Masterpass”a qoşulan bank kartları vasitəsilə elektron ticarət platformalarında alış-veriş edərkən kart məlumatlarını yenidən daxil etməyə ehtiyac olmayacaq. Bunun üçün qeydiyyatdan keçən kartı seçmək kifayət edəcək.