MALİYYƏ

Elman Rüstəmov təsdiqlədi ki: İslahatlar dalğası gəlir

Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında bəzi açıqlamaları ilə böyük maraq çəkdi. İslahatlara toxunarkən o bunları qeyd etdi:  

"İslahatlar dalğası gəlir və mən düşünürəm ki, bu islahatlar daha da genişlənəcəkdir, sinergiyası güclənəcək. Mərkəzində dövlət maliyyəsindən, dövlət investisiyalarından dövlət sektorundan özəl investisiyalara, bazar iqtisadiyyatına arxalanmaqdır. Daxili investisilayar məhduddursa, xarici investisiyalar heç vaxt məhdud deyil. Bu gün dünyada dünyada 15 trilyon vəsait sıfır və ya mənfi faiz altında yatır. Biz bu investisilayar üçün mübarizə aparmalıyıq. Daxili mühiti, investisiya mühitini sağlamlaşdırmalıyıq. Qarşımızda duran məsələrdən biri bank sektorunu, qiymətli kağızlar bazarını, fond bazarını, sığorta bazarını inkişaf etdirməliyik. Maliyyə sektorunun 95% bank bazarıdır və bu sektorun biznes modelində çox ciddi işlər görməliyik. Bank sektoru çox ciddi reformalar ərəfəsindədir". 

Eləcə də bax: Palatada banklar ilə iclas - TƏCİLİ TƏKLİFLƏR HAZIRLANACAQ

Daha çox vitse-premyer kimi məsələlərə açıqlama gətirən Elman Rüstəmov ölkədə müxtəlif fondların, təşviqat mexanizmlərinin olduğunu vurğularaq onların səmərəliliyinin qiymətləndiriləcəyini, ciddi analiz ediləcəyini bildirdi. 

"Milli iqtisadiyyatın rəqabətliliyini artırmaq üçün təşfiq tədbirlərinin effektivliyini qiymətləndirməliyik", deyə baş bankir söylədi.  

Eləcə də bax: “Revalvasiya Azərbaycan iqtisadiyyatı üçün zərərli ola bilər”

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)