MALİYYƏ

Mərkəzi Banka birləşdirilməsi gözlənilən qurumların adları bunlardlr

Azərbaycanın maliyyə strukturunda ciddi dəyişikliklər baş verəcək. ENA.az-ın bir neçə mənbədən təsdiqlədiyi xəbərə görə, sektoru silkələyəcək böyük islahatlar baş verəcək. Bu dəyişikliklər həm kadr islahatlarını, həm də strukturların yenidən formalaşdırılmasını əhatə edir.

Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu, başı bəlalı Maliyyə Monitorinq Xidməti yenidən Mərkəzi Bankda birləşəcək.

Eləcə də bax: Mərkəzi Bankın yeni sədri  Şahmar Mövsümov olacaq?   

Xatırladaq ki, Maliyyə Monitorinq Xidməti əvvəlcə Mərkəzi Bankın, bir müddət Maliyyə Bazarlarına Nəzarət Palatasının, sonra Vergilər Nazirliyinin tabeliyinə verilib. Halbuki, bütün dünyada bu qurum müstəqil şəkildə fəaliyyət göstərir.

Beləliklə, dövlət rəsmilərinin də bəyan etdiyi kimi böyük dəyişikliklər dalğası bütün sahələri əhatə edəcək və bu dəyişikliklərin əsas hədəfi iqtisadi inkişafa nail olmaq, iqtisadi dayanıqlığı təmin etməkdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)