Kapital Bank səhmlərini niyə listinqdən çıxarır: əgər problem yoxdursa...
Kapitalbank imtiyazlı səhmlərini fond birjasının Lisitqindən çıxarmaq barədə qərar vermək məqsədi ilə səhmdarların toplantısını keçirəcək. Əslində “Kapital Bank” kimi nüfuzlu bir malyyə qurumunun səhmdarlarının belə bir qərar verməsi gözlənilməz olduğundan "BI" səbəbləri araşdırmağa çalışdı.
...inandırıcı görünmür
Kapital bazarı üzrə tanınmış ekspert Cəfər İbrahimlinin sözlərinə görə, şirkətin delistinq etməsi adətən fond bazarının listinq tələblərinə cavab vermədiyi zaman Birjanin listinq komissiyasi tərəfindən və ya səhmdarların öz qərarı ilə delistinq olunur. Bütün variantlarda birjanin listinq komissiyası qərarı alarkən xırda investorların huquqlarının qorunmasını nəzər alır. Hal-hazırda KapitalBank imtiyazli səhmlərinin yerləşdirilməsi üçün listinqə daxil olub və belə böyük bankın listinq tələblərinin ödənilməsində hər hansı cətinliyinin olması inandırıcı görünmür.
Belə bir halda bankın imtiyazlı səhmlərini fond bazarından çıxartmasının əsaslı bir səbəbi olmalıdır. C.İbarhimli deyir ki, əslində bankların qiymətli kağızlarının listinqə daxil edilməsi üçün çox sayda sənədləşmə keçirilir və hesabatlılıq əmsalı müsbət olur. KapitalBankın səhmlərinin listinqə daxil olması onun şəffaf bir bank imicini daha da möhkəmləndirmişdi və beynəlxalq dairələrdə listinqdə olan bank olmayan bankdan daha öndədir.
Yaxşı bir hadisə deyil
Bankın delistinq qərarı isə onun fəaliyyət tarixçəsində yaxşı bir hadisə deyil. Yuxarıda dediyimiz kimi, səhmlərin ticarətində hər hansı problem olmadığından səhmdarların belə bir qərar vermələri əslində geriyə doğru bir addım ola bilər. Ağıla gələn yeganə səbəb budur ki, görünür bankın artıq həmin vəsaitə ehtiyacı yoxdur və buna görə də səhmləri geri yığır.
Bəs, bu vəziyyət nəyi dəyişəcək? İlk nöbbədə bu imtiyazlı səhmləri alan səhmdarlara problem yaradacaq. Çünki fond bazarında səhmlərin alqı-satqısı normal şəkildə, səhmdara əlavə yük yaratmadan fond bazarında çoxlu alıcının olduğu bir mütəşəkkil bazarda və ən əsası şəffaf qaydalarla həyata keçirilirdi. Bundan sonra isə imtiyazlı səhmləri olan səhmdarlar öz səhmlərini ticarət etmək fikrinə düşdükdə alıcını özü tapmalı və sövdələşmə aparmalıdır.
Adi səhmlər də çıxarılacaqmı?
Qeyd edək ki, KapitalBankın fond bazarında həm adi, həmdə imtiyazlı səhmləri ticarət edilirdi. Çünki imtiyazlı səhmin fonda çıxarılması ilə bağlı qanunun tələblərinə görə, bu halda mütləq adi səhmlər də həmin bazarda olmalıdır. İmtiyazlı səhmlərin bazardan çıxarılmasının adi səhmlərə təsirini gəlincə, bu barədə fikir söyləmək hələki tezdir və bankın qərarını gözləmək lazımdır.
Xatırladaqki, bu il iyulun 24-də Maliyyə Bazarlarına Nəzarət Palatası “KapitalBank”ın hər birinin nominal dəyəri 12,39 manat olan 3 228 410 ədəd imtiyazlı, faizli, adlı sənədsiz səhmlərinin emissiyasını qeydiyyata alıb.
Dividend almaq hüququ
“Kapital Bank” emissiyanın həyata keçirilməsi nəticəsində investorlardan 39 milyon 999 min 999,9 manat cəlb edib.
Səhmlərin təklifi, investorlardan sərbəst vəsaitlərin Bankın nizamnamə kapitalına cəlb edilməsi məqsədilə həyata keçirilib.
Qeyd edək ki, hazırda “KapitalBank”ın nizamnamə kapitalı hər birinin nominal dəyəri 12,39 manat olan 15 milyon ədəd adi səhmdən ibarət olmaqla 185 milyon 850 min manatdır.
“Kapital Bank” ASC-nin səhmdarları 14 Mart 2018-ci il tarixində keçirilmiş yığıncağında 40 000 000 AZN dəyərində, 15% dərəcəsi ilə, qeyri-kumulyativ, müddətsiz imtiyazlı səhmlərin buraxılması barədə qərar qəbul etmişdi.
İmtiyazlı səhmlərin sahibləri emitentin fəaliyyətinin nəticəsindən asılı olmayaraq, səhmin nominal dəyərinin sabit faizi şəklində dividend almaq hüququna malikdirlər. Səhmlər üzrə dividendlər Səhmdarların Ümumi Yığıncağının qərarları ilə illik ödənilir.