Gündəm

Ərdoğan Makronla görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron Niderlandda görüşüblər.

Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd edilib ki, görüş Haaqa şəhərində NATO-nun dövlət və hökumət başçıları sammiti çərçivəsində baş tutub.

Görüşdə Türkiyə ilə Fransa arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib

Türkiyə Prezidenti İsraillə İran arasında əldə olunan atəşkəsi alqışladığını, de-fakto vəziyyətin tezliklə daimi sakitliyə çevrilməsinin vacibliyini qeyd edib. Qəzzada humanitar böhranın davam etdiyini, ən qısa zamanda daimi atəşkəsə nail olunmasının vacibliyini vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)